Bayram günlərində ictimai nəqliyyat işləyəcəkmi? - RƏSMİ CAVAB 

Məlum olduğu kimi, Qurban bayramı ilə əlaqədər iyulun 31-dən avqustun 4-dək qeyri-iş günüdür. Cümə və bazar ertəsi ictimai nəqliyyatın işləyib-işləməməsi çoxları üçün maraqlıdır. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə şənbə və bazar günləri heç bir ictimai nəqliyyat işləmir.

Həmin qərar digər qeyri-iş günlərinə də şamil ediləcəkmi?

 Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəisi Mais Ağayev “Sherg.az”a deyib ki, bu barədə hələ dəqiq məlumat yoxdur:

“İctimai nəqliyyatın fəaliyyəti ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Bizdə olan sonuncu göstəriş ictimai nəqliyyatın şənbə, bazar işləməməsi ilə bağlıdır. Əlavə bir qərar olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.