Ekspert istisna etmir: “Məktəblər sentyabrın 15-dən açıla bilər”

Dünyanın ayrı-ayrı ölkələrində  məktəblərin yenidən açılmasına  hazırlıq görülür.  Rusiyada da bu istiqamətdə bir sıra zəruri  işlər,  əsasən başa çatdırılıb. Bu barədə ölkənin maarif naziri Sergey Kravtsov televiziya ilə çıxışında açıqlama  verib. Nazir  yeni tədris ilinin başlanması barədə təhsil ictimaiyyətini, şagirdləri və onların valideynlərini maraqlandıran məsələlərə aydınlıq gətirib.


Sergey Kravtsovun sözlərinə görə, yeni tədris ili sentyabrın 1-də ənənəvi qaydada başlayacaq.  O, tədris ilinin başlanğıcında nazirliyin koronavirusla bağlı epidemioloji vəziyyətə dair heç bir narahatlığı olmadığını deyib.  

 Sergey Kravtsov, həmçinin bildirib ki, Səhiyyə Nazirliyi ilə əməkdaşlığa başlanacaq və ilk vaxtlar məktəblərə tibb işçiləri də dəvət olunacaq. 

 
 
Analoji təcrübənin Azərbaycanda da tətbiqinə dair “Sherg.az”a fikirlərini bildirən təhsil eksperti Nabətəli Qulamoğlu bunun mümkün ola biləcəyini söyləyib: 

“İntuitiv olaraq vurğulamalıyam ki, pandemiya dövrü artıq geridə qalıb. Şəxsən mən bu gün yoluxanlarn olduğuna inanmıram. Koronavirusun ömrünə az qaldığını göstərən ən bariz fakt isə dünya ölkəri arasında sərhədlərin açılmasıdır.
Məncə, sentyabrın 15-dən etibarən həm orta, həm də ali məktəblər açıla bilər”.

N.Qulamoğlunun fikrincə, kənd yerlərində vəziyyət daya yaxşıdır:

“Rayonda yaşayanlar üçün, ümumiyyətlə, problem yoxdur. Çünki hava, qidalanma daha yaxşıdır. Nəticədə yoluxma ehtimalı kifayət qədər azalır”.