MN: Erməni mətbuatının yaydığı xəbər yalandır

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbərə münasibət bildirib.
MN-dən "Sherg.az" verilən məlumata görə, Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir: "Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”.