PSJ "Bavariya"ya 30 milyon avro ödəməyə hazırdı


"Bavariya"nın yarımmüdafiəçisi Tyaqo Alkantara karyerasını Fransada davam etdirə bilər.

Fanat.Az "Le10Sport"a istinadən xəbər verir ki, PSJ Tyaqo ilə yaxından maraqlanır. Paris klubu 29 yaşlı futbolçuya görə 30 milyon avro ödəməyə hazırdı. Bununla yanaşı, "fransızlar"ın Tyaqoya sərfəli müqavilə təklif etmək niyyətində olduğu bildirilir.

2019-20 mövsümündə 36 matçda meydana çıxan ispan oyunçunun aktivində 3 qol, 2 məhsuldar ötürmə var. Daha öncə Tyaqonun "Liverpul"a keçəcəyinə dair xəbərlər yayılmışdı.