"Soydaşlarımızın etirazları erməni diasporuna ağır zərbə vurdu" - Düşmən rəzil halda... !

"Xaricdə erməni diasporu hər cür təxribatlara əl ata bilər".

Bu barədə "Sherg.az"a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib. 

Onun sözlərinə görə, bu günlərdə Torontoda baş verənlər təsdiqləyir ki, düşmən məkrli planlarını həyata keçirtmək üçün müxtəlif planlar qurur:

"Çünki xaricdə soydaşlarımızın izdihamlı etirazlarından erməni diasporu bərk zərbə aldı. Bu zərbədən hələ də özlərinə gələ bilmirlər. Üstəlik, beynəlxalq mətbuatda da biabır oldular. Erməni diasporunun sürü şəkilində 2-3 soydaşımıza hücum etmələri onları rəzil vəziyyətə saldı.

Bu aralar soydaşlarımız  maksimum birlikdə hərəkət etməli və təhlükə hiss edilərsə, yerli hüquq-mühafizə orqanlarını müraciət olunmalıdır. Həm hüquqi, həm də mətbuat istiqamətində düşmənin planları fiaskoya uğradılmalıdır".