“Çelsi” itkilərlə üzləşdi – “Bavariya” ilə oyun öncəsi

İngiltərənin “Çelsi” klubu ciddi itkilərlə üzləşib.
Apasport.az sayının məlumatına görə, Kristian Pulişiç və Sesar Aspilikueta Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə cavab oyununu buraxacaq.
Hər iki oyunçu İngiltərə kubokunun “Arsenal”la final matçında (1:2) zədələnib. Sesar ilk yarıda, Kristian ikinci hissənin əvvəlində zədə səbəbindən əvəzlənib.
Pulişiçin yerinə meydana daxil olan Pedro Rodriges də çiynindən xəsarət alıb. Onun da durumu qeyri-müəyyəndir.
Qeyd edək ki, “Çelsi” avqustun 8-də Münhendə “Bavariya”nın qonağı olacaq. İlk görüşdə almaniyalılar 3:0 hesabı ilə qalib gəlib.