Şəhid generalımız haqda kitab çıxdı - Pulsuzdur


Ermənistanla sərhəddə, Tovuz istiqamətində ötən ay baş verən döyüşlərdə şəhid olan general Polad Həşimov haqqında kitab dərc olunub.

Kult.az xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu məlumat yayıb.

O bildirib ki, “Polad generalımız” adlı kitabı sabahdan adıçəkilən nəşriyyatdan əldə etmək mümkündür:

“Kitabı 2000 ədəd tam rəngli nəşr etdik. Pulsuzdur. Çox istərdim ki, məktəblilər, gənclər əldə etsin.

İnanıram ki, Polad Həşimov haqqında çoxlu kitablar yazılacaq. Nə qədər qanı istidir, biz bu kitabı nəşr edirik. Özü də “Məktəblilər üçün Liderlik dərsləri” seriyasında. Qoy gələcək nəsil Poladdan örnək götürsün, Polad kimi olsun.

Bu nəşrin hazırlanmasında öz xatirələri ilə bizə yardım edən hər kəsə təşəkkür edirəm”.