"Sosial müdafiənin gücləndirilməsi istiqamətində dövlətimizin gücü və qüdrəti var"


"Regionlara səfəri çərçivəsində növbəti dəfə şahid olduq ki, cənab Prezidentin apardığı siyasətin mərkəzində məhz vətəndaş amili dayanır. Eyni zamanda onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi tədbirlər görülür”.

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Millət vəkili vurğulayıb ki, bir çox inkişaf etmiş ölkələrdə müəyyən sosial layihələr təxirə salındı. Amma ölkəmizdə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezidentin tapşırığı əsasında vacib tədbirlər həyata keçirildi:

“Cənab Prezident də qeyd etdi ki, heç bir sosial layihə təxirə salınmayacaq əksinə, sosial layihələrin əhatəsi genişlənəcək. Məsələn, 600 min insana 190 manat birdəfəlik yardımların verilməsi, 90 min ödənişli ictimai iş yerlərinin yaradılması, ünvanlı soisal yardım alan ailələrin sayının 85 minə çatdırılıması, 12 min 500-dən çox ailənin özünüməşğulluq proqramı ilə əhatə olunması kimi layihələr həyata keçirildi. Bütün bunlar bir daha göstərdi ki, Azərbaycan güclü dövlətdir. Ölkə przidenti bildirir ki, bu istiqamətlərdə nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq, vətəndaşların sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimizin gücü və qüdrəti var. Təbii ki sosial obyektlərin tikintisi, əsaslı təmiri də ixtisara salınmayıb. Əksinə yeni xəstəxanaların yaradılması buna nümunədir”.

Parlamentarinin sözlərinə görə, ölkə başçısının apardığı siyasətin önünüdə Azərbaycan vətəndaşının sağlamlığı dayanır:

“Həmçinin aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi əsas prioritetlərdən biridir. Prezidentimizlə bərabər Birinci Vitse-Prezident Mehriban Əliyeva xüsusilə pandemiya dönəmində Heydər Əliyev fondu tərəfindən yüz minlərlə vətəndaşa ərzaq və gigiyenik yardımlar etdi. Eyni zamanda Qurban bayramı ərəfəsində də bayram sovqatları paylandı. Bu yardımları cənab Prezident və hər zaman humanistliyi ilə seçilən Mehriban xanımın vətəndaşlara verdiyi yüksək dəyər kimi qiymətləndirmək olar”.