Yevlaxda tibbi maskadan istifadə etməyən şəxslər cərimələniblər


Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejim qaydalarına rayon ərazisində riayət edilməsi istiqamətində müvafiq tədbirlər mütəmadi qaydada davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sherg.az-a verilən məlumata görə, polis əməkdaşları qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirib. Reydlər zamanı maska və əlcəkdən istifadə etməyən satıcılarla profilaktiki söhbətlər aparılıb. Onlara koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükələr barədə məlumat verilib, karantin qaydalarına riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozmaqda davam edən 6 nəfər satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.