Bu günədək 3,4 milyon vətəndaş tərəfindən 30 milyon SMS göndərilib


İyunun 21-dən bu dövrədək 770 min nəfər icazə əsasında yaşayış yerini tərk edib. Gündəlik 700 minə yaxın SMS icazə alınıb. Bu günədək 3,4 milyon vətəndaş tərəfindən 30 milyon SMS göndərilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 3-də keçirilən brifinqində söyləyib.

Agentliyin sədri bildirib ki, avqustun 5-dən etibarən SMS və icazə sistemi ləğv edilir.