Pandemiyanın daha çox təsir etdiyi sahələr

Koronavirus təkcə can almaqla bitmir. Pandemiya bütün dünya ölkələrində olduğu kimi Azərbaycan iqtisadiyyatına da ziyan vurub.
Baku TV xəbər verir ki, on minlərlə insan işini itirib. Koronavirusun təsir etdiyi sahələri isə saymaqla bitməz. Bunlardan biri də turizm sektorudur. 
Bəlkə də dildə asan səslənsə də, amma bu sahədə nə qədər insanın çalışdığını nəzərə alsaq, məsələnin daha ciddi tərəfini görmək olar. Pandemiya ilə əlaqədar sərnişin daşımalarında da azalma müşahidə edilir. Yük daşımaları istisna olmaqla, yerüstü və hava nəqliyyatının fəaliyyətinin məhdudlaşdırılması bu sahədə xidmət göstərən, çörəyi buradan çıxan şəxslərə də təsirsiz ötüşməyib.
Martın 18-dən onlar da fəaliyyətini dayandırıb. Koronavirus səbəbi ilə ölkə ərazisində tədris prosesi də dayanıb. Uşaq bağçaları bağlanıb. Paytaxt sakinləri də karantin rejiminin yumşaldılmasını istəyir. Çünki, onlar da pandemiyanın təsirinə məruz qalanlardandırlar. 
Görünən odur ki, istər sahibkarlar, istərsə də vətəndaşlar ciddi karantin rejiminin yumşaldılmasının tərəfdarıdırlar. Bunu əsas olaraq istirahət üçün fikirləşənlər elə də çox deyil. Necə deyərlər, istirahət üçün pul lazımdır. Pul üçün isə işləmək...