UEFA-dan Avrokubok oyunları ilə bağlı daha bir QƏRAR

Sabah bərpa olunacaq futbol üzrə avokubokların bütün oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı UEFA verib.

Çempionlar Liqası və Avropa Liqasının oyunlarından öncə koronavirus pandemiyasının qurbanlarının xatirəsi yad olunacaq.

Həmçinin, bütün oyunçuların futbolkalarında “Təşəkkür edirəm” ifadəsi yazılacaq. Bu, onların hər birinin seçdiyi dildə əks olunacaq.

Belə addım çətin dövrdə futbolun qayıtması üçün çalışan təşkilatçıların xidmətlərinə ehtiram əlaməti olacaq.

Qeyd edək ki, Avropa Liqası avqustun 5-də, Çempionlar Liqası isə 2 gün sonra 1/8 finalın baş tutmayan oyunları ilə bərpa olunacaq.