Nuru Paşanı Azərbaycana göndərən sərkərdənin ANIM GÜNÜDÜR - FOTO

"Bu gün - 4 avqust böyük Türk sərkərdəsi Ənvər Paşanın şəhadətə qovuşduğu gündür".
"Sherg.az" xəbər verir ki, bu barədə "Şərq" qəzetinin baş redaktoru, araşdırmaçı jurnalist Akif Aşırlı Feysbuk hesabında yazıb. Baş yazar qeyd edib: 
"Bu Turan aşiqi Azərbaycan Cümhuriyyətinin qurulmasında böyük siyasi -hərbi iradə ortaya qoydu.Qafqaz İslam Ordusunu formalaşdırdı, heç kəsə etibar etməyərək qardaşı Nuru Paşanı Azərbaycana göndərdi və qan qardaşlarını bolşevik -erməni zülmündən qurtardı".