Göygöl sakini arı sancmasından öldü

Göygöl sakini arı sancması nəticəsində vəfat edib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, hadisə rayonun Üçtəpə kəndində baş verib. 
Kənd sakini, 1982-ci il təvəllüdlü Aqil İsmayılov arı sancması nəticəsində həyatını itirib.
Müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.