Pandemiya ilə bağlı yeni iqtisadi paket hazırlanır - Nazir

“Yeni iqtisadi paketlə bağlı işlər gedir. Əvvəlki iqtisadi paketlərin, yardımların davam etdirilməsi nəzərdə tutulur”.
Bunu APA -ya açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir təfərrüatlarla bağlı əlavə açıqlamalar veriləcəyini qeyd edib: “Ola bilsin ki, pandemiya ilə bağlı əvvəlki iqtisadi paketdə nəzərdə tutulan dəstəyə müəyyən dəyişikliklər edilsin. Dəstəkdən istifadə ilə bağlı mütəmadi açıqlamalar verilib. Bunlar nəzərə alınaraq, işlər bu tərzdə davam etdiriləcək. Ola bilsin ki, bilavasitə zərərçəkmiş sahələrə yenidən baxılacaq. Bəlkə bu sahələr daha da genişləndirildi. Bunun üzərində aktiv iş gedir”.