Beyrutda pirotexniki maddələr anbarında dəhşətli partlayış...

Livanın paytaxtı Beyrutda liman yaxınlığında dəhşətli partlayış olub.
TASS xəbər verir ki, partlayış Beyrut limanının 12-ci blokunda baş verib.
“Al Mayadeen” kanalı isə xəbər yayıb ki, partlayış pirotexniki vasitələr saxlanılan anbarda olub.
Partlayışın o qədər güclü olub ki, onun təsirindən hətta bir neçə kilometrdəki evlərə də ziyan dəyib.