Dəhşətli qətlin təfərrüatları hər kəsi ŞOKA SALDI

Kiley Bunkerin bu gözəl təbəssümü təəssüf ki, indi yalnız fotolarda qalıb. İngiltərəni gündəmə gətirən dəhşətli qətlin təfərrüatları məhkəmə sənədlərindən məlum olub. Bütün ölkə bədbəxt gənc qadının başına gələnlərə görə ağlayır...

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, İngiltərənin Birmingem şəhərində yaşayan Kiley Bunker sentyabr ayında doğum gününü qeyd etmək üçün getdiyi konsertdən evə qayıtmayıb. Ailəsi və dostları hər yerdə onu axtararkən Kileyin cəmi 1 metr 50 santimetr boyu və 41 kilo ağırlığında olan cansız bədəni “Wigginton Parkı” yaxınlığında tapılıb. Yarıçılpaq olan gənc qadının cansız bədəni kollarla örtülüb. İstintaq zamanı gənc qadının təcavüz olunduğu və boğulduğu müəyyən edilib.

Polisin apardığı istintaq qətlin dəhşətli təfərrüatlarını bir-bir aşkara çıxarıb. Kiley Bunkeri uşaqlıqdan bəri tanıdığı dostu Vesley Strit öldürüb. Cinayət şübhəlisi Vesley ilk məhkəməsi zamanı ittihamları rədd edib. 20 yaşlı Kiley Bunkeri zorlamaq və öldürməkdə günahlandırılan Vesley Strit dəhşətli qətlin "qəza" olduğunu iddia etməyə başlayıb.

Məhkəməyə təqdim olunan yeni dəlillər 20 yaşlı Kiley Bunkerin Birmingemdəki gecə klubunda dostlarına "Vesley məni evə aparacaq, narahat olmayın" dediyi aşkar olunub. Bundan əlavə, Kileyin gecə klubunda başına nə gələcəyini bilmədən qatili ilə rəqs etdiyi görüntüləri dəlil olaraq məhkəməyə təqdim edilib.

Səkkiz saat davam edən müzakirədən sonra məhkəmə Stritin təcavüz və qətl törətməkdə günahkar olduğunu bildirib. Cinayətkarın cəzası cümə günü açıqlanacaq.