Bakıdakı İslam Oyunlarının qalibi öldürüldü

İnquşetiyanın Nazran şəhərində anti-terror əməliyyatı zamanı öldürülənlərdən birinin kimliyi bilinib.
Lent.az -ın yerli KİV-ə istinadən məlumatına görə, bu, 25 yaşlı Müslim Yevloyevdi.
Yevloyev 2015-ci ildən Qırğızıstanın güləş üzrə yığma komandasının üzvü idi.
O, indiyədək, Bakıda keçirilən İslam Həmrəylik Oyunlarının, “Yaşar Doğu” kubokunun qalibi olub. Yevloyev həm də güləş üzrə Asiya çempionudur.