Gədəbəydə xeyirxah layihə... - Şəhid övladları ödənişsiz oxuyacaq

Gədəbəy Rayonunda bir qrup yardımsevər şəxs tərəfindən yeni qurulan tədris mərkəzi yaxın dövrdə fəaliyyətə start verəcək.
"Sherg.az" xəbər verir ki, Zirvə kurslarına aid brendlə fəaliyyətə başlayacaq mərkəz rayondan olan şəhid övladları, müharibə iştirakçısı olmuş qazilərin övladları, valideyninin itirmiş uşaqlar və aztəminatlı ailələrin övladları üçün ödənişsiz xidmət göstərəcək.