Azərbaycanda qripdən ölənlərin sayı AÇIQLANDI

Ötən il Azərbaycanda yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarından 63 nəfər ölüb.
Dövlət Statistika Komitəsindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, ölənlərdən 35 nəfərini kişi, 28 nəfərini isə qadınlar təşkil edib. Onlardan 50 nəfəri 0-17 yaş aralığında uşaqlardır.
Məlumata əsasən, qripdən ölənlərin sayı 3 nəfər olub. Onlardan 2-si kişi, 1-i qadın olub. Qeyd olunub ki, ölənlərdən biri uşaqdır.

2019-cu ildə yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarından ölənlərin sayı digər şəhər və rayonlara nisbətən Şəmkirdə (6 nəfər) və Sumqayıt şəhərində (5 nəfər) daha çox olub.

Bildirilib ki, ötən il yuxarı tənəffüs yollarının çoxsaylı və ya qeyri-müəyyən lokalizasiyalı kəskin infeksiyaları və qrip diaqnozu ilə ilk dəfə qeydə alınanların sayı 337 300 nəfər olub.