Gecikdirilmiş kreditlərə görə cərimə yazılmasına RƏSMİ AÇIQLAMA

“Kreditlər üzrə gecikmələrlə görə cərimənin yazılması məsələsi ilə bağlı Azərbaycan Banklar Assosiasiyası tərəfindən bəyanat verilib ki, moratorium tətbiq olunur. Həmin müddət ərzində gecikmələr yazılmırdı”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, bu, bankların özünün könüllü qərarı olub.
“Könüllü qərar olduğuna görə seçim də onların özündədir. Onlar da bunu bilərəkdən edirlər. Başa düşürlər ki, bu gün sahibkarlara, insanlara kömək etmək laxımdır. Ola bilər ki, imkanı olan insanlar ödənişdən boyun qaçırmaq üçün yaranmış situasiyadan sui-istifadə etmək istəyirlər. Banklar da bunu biləndə həmin şəxsləri cərimə etməyə məcbur olurlar. Yəni bu alət yardım üçündür. Hamımız bir-birimizə yardım etməliyik. Əgər haqsız cərimələrlə bağlı konkret fakt varsa, bunu araşdıra bilərik”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.