“Sosial siyasət pandemiya dönəmində də davam etdirilib” - Prioritetdir

“Daha çevik və təsirli addımların atılması üçün bütün imkanlar səfərbər olunub”

“Məhz sərt karantin dövründə dövlət və özəl sektorda muzdla çalışan işçilərin və onların əməkhaqqlarının qorunması bu qəbildəndir"


"Koronavirus pandemiyası dönəmində əhalinin sosial-iqtisadi təminatında heç bir problem yaşanmayıb".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputat bildirib ki, pandemiyanın davam etməsi iqtisadi baxımdan böyük uğurlar əldə etmiş ölkələrdə belə bir sıra problemlər yaradıb:

"Ölkəmizin qarşılaşdığı çətinliklərə baxmayaraq sosial sahədə nəzərdə tutulan bütün layihələr uğurla icra edilir. Siyasi xəttində insan amilini, vətəndaşların sosial qayğılarını əsas götürən dövlətimiz heç bir çətinliyə baxmadan bu missiyasını uğrula yerinə yetirir. Sosial siyasət dövlətimizin əsas prioritetidir. Pandemiya dönəmində də bu kurs davam etdirilib.

Daha çevik və təsirli addımların atılması üçün bütün imkanlar səfərbər olunub. Məhz sərt karantin dövründə dövlət və özəl sektorda muzdla çalışan işçilərin və onların əməkhaqqlarının qorunması bu qəbildəndir".

Parlament üzvü vurğulayıb ki, dövlət sektorunda çalışan və sərt karantin rejimi tətbiq ediləndən işçilərin 80 faizi işə çıxmadan aylıq maaşla təmin edilib:

"Təxminən 910 mindən artıq insanın əməkhaqqları ödənilib. Özəl sektorda çalışan 320 mindən artıq insanın da ödənişləri vaxt-vaxtında verilib. 90 minə yaxın ödənişli iş yerləri açılıb. 65 mindən artıq vətəndaşımızın bundan faydalanmasına şərait yaradılıb. Özünüməşğulluq proqramları da artıq geniş şəkildə tətbiq edilib. 12 mindən çox ailə bu proqramdan yararlanıb.

Artıq kiçik təsərrüfatların qurulması işlərinə başlanılıb. Bununla yanaşı 85 min ailənin 250 mindən artıq üzvü davamlı olaraq ünvanlı sosial yardımla təmin edilir. Orta hesabla hər ay bu ailələrə 222 manat civarında ödəniş edilir".

C.Osmanov vurğulayıb ki, 100 mindən çox aztəminatlı ailələrin üzvləri yardımlarla təmin edilib:
"Heydər Əliyev Fondu və Yeni Azərbaycan Pariyası tərəfindən pandemiyadan əziyyət çəkən ailələrə da mütəmadi yardımlar göndərilib”.