İtki çox, gəlir isə yox: “Bəzi xidmətlər özəlləşəcək və mənfəət üzə çıxacaq”

Prezident İlham Əliyev bu günlərdə keçirdiyi videomüşavirədə bir sıra vacib məsələrə toxunub. Ölkə başçısı dövlət müəssisələrinin iqtisadiyyatımızdakı xüsusi çəkisindən də danışıb. Bildirilib ki, dövlət şirkətlərində itkilər kifayət qədər çoxdur.  “Dövlət Neft Şirkəti, AZAL, Azərbaycan Dəmir Yolları QSC-nin mənfəətsiz işlədikləri də xüsusi vurğulanıb.

 

Bu barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Fuad İbrahimov Prezidentin bu çıxışının həmin qurumlara bir mesaj olduğunu deyib: 

“Dövlət adı çəkilən müəssisələrin inkişafı və dayanıqlığı naminə bütün zəruri addımları atır. Həmin şirkətlərə həmişə xüsusi diqqət göstərilib. Deməli, onlar da fəaliyyətləri ilə gəlir gətirməlidirlər. Amma belə deyil.

Hava limanında bütün xidmətlər pulludur. Bilet olduqca bahadır.

Gəlir isə yoxdur. Çünki, həmin müəssisələrin fəaliyyətiində şəffaflıqdan kənarlaşmalar var.
Düşünürəm ki, son on ilin hesabatı verilməlidir. Məncə, bundan sonra bəzi xidmətlər özəlləşəcək və ilin sonuna doğru mənfəət üzə çıxacaq” .