Bakıda qardaş qardaşı qanına qəltan etdi

Bakıda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.
Yaşadıqları evin həyətində şəxsi münaqişə zəminində qardaşlar arasında mübahisə olub.
Nəticədə 32 yaşlı Eynullayev Səfaləni qardaşı boyun nahiyəsindən bıçaqlayıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.