Koronavirus ABŞ-da 160 mindən çox adamı öldürüb

ABŞ-da son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasından 1 243 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində ABŞ-da 58 173 yeni yoluxma qeydə alınıb.
ABŞ-da indiyədək 4 942 746 nəfər koronavirus infeksiyasına yoluxub, 161 mindən çox xəstə ölüb.
ABŞ-da 1,6 milyondan çox insan xəstəlikdən sağalıb.