Müdafiə nazirinin sabiq müavini vəfat edib


Müdafiə nazirinin sabiq müavini, general-leytenant Çingiz Məmmədov vəfat edib.

APA-nın məlumatına görə, Çingiz Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Müdafiə Nazirliyindən APA-ya məlumatı təsdiqləyiblər.

Allah rəhmət eləsin!