İstanbulda avtobus qəzasında 5 nəfər ölüb


İstanbulda bu gün səhər saatlarında baş verən avtobus qəzasında 5 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İstanbul valiliyi məlumat yayıb.

Qeyd olunub ki, qəzada 25 nəfər yaralanıb, onlardan 10-nun vəziyyəti ağırdır.

Karabükdən İstanbula gələn avtobusun sürücünün yuxulaması səbəbindən qəzaya uğradığı ehtimal olunur. Avtobus yoldan çıxaraq korpünün dayaqlarına çırpılıb. 

Faktla bağlı araşdırma aparılır.