Türkiyədə hərbiçiləri daşıyan avtomobil qəzaya düşüb


Türkiyədə hərbçilərini daşıyan avtomobil idarəetmənin itirilməsi səbəbindən qəzaya düşüb.

AZƏRTAC xəbər verir ki, hadisə Türkiyə-Ermənistan dövlət sərhəddində, İğdırın Çiftlik kəndi ərazisindəki hərbi xidmət məntəqəsində baş verib. Altı hərbçi yaralanıb. İğdır Dövlət Xəstəxanasına çatıdırılan hərbçilər üçün həyati təhlükə olmadığı bildirilir.