Özbəkistanda daha 279 nəfər koronavirusa yoluxub


Özbəkistanda koronavirusa yoluxanların sayı 30 197 nəfərə çatıb.

Trend-in məlumatına görə, ölkədə sutka ərzində daha 279 nəfərə koronavirusa yoluxub.

Bu günə qədər respublikada 21 316 nəfər koronavirus infeksiyasından tam sağalıb. Koronavirusdan ölüm hallarının sayı 190-a çatıb.

Respublikanın klinikalarında 8691 xəstə müalicə olunur, onlardan 974 nəfərin vəziyyəti ağır, 274-ün isə kəskin ağırdır.