Belarusda keçirilən Prezident seçkilərində fəallıq 79 faizə çatıb


Belarusda keçirilən Prezident seçkilərində saat 18:00-a olan məlumata görə, seçicilərin 79 faizi səs verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidia Yermoşina bildirib.

O qeyd edib ki, seçicilərin 79%-nin seçkilərdə iştirakı, əlbəttə ki, çox böyük rəqəmdir.