Gürcüstanda koronavirusa yoluxanların sayı artır

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 25 yoluxma halı qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 250 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7 068 nəfər karantində saxlanılır, 242 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 010 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.