Rayona istirahətə gelənlər cərimələndi

Qax rayon Polis Şöbəsinin əməkdaşları sərt karantin elan edilən şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə gələn şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Sherg,az"a verilən məlumata görə, keçirilən reyd zamanı istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yoxlanış məqsədilə saxlanılıb. Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qaxa gəldikləri məlum olub.

Şənbə və bazar günləri ərzində ümumilikdə 9 nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.