İranda bir sutkada koronavirusdan 189 nəfər öldü

 İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 189 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 18 616 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 132 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 328 844 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 286 642 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 993 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.