Azərbaycandakı yoxlama oyunları qapalı şəraitdə keçiriləcək

Azərbaycanda yoxlama görüşləri mətbuata qapalı olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Peşəkar Futbol Liqası yayıb.
Bildirilib ki, artıq 2020/2021 mövsümü ilə bağlı son tamamlanma işləri görülür.
Yeni mövsümlə bağlı bəzi məsələlər tam yekunlaşmadığına görə yoxlama oyunlarında iki komandadan başqa digər şəxslərin iştirak etməməsi qərara alınıb.
Yoxlama oyunları mətbuat nümayəndələri üçün qapalı olacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 21-də start götürəcək.