Britaniyada son sutkada 816 nəfər koronavirusa yoluxub

Britaniyada son sutkada yeni növ koronavirusa (COVID-19) 816 yoluxma faktı qeydə alınıb.
APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son 24 saat ərzində koronavirusdan 8 ölüm faktı qeydə alınıb.
Ölkədə indiyədək ümumilikdə 311 641 nəfər infeksiyaya yoluxub, 46 574 nəfər vəfat edib.