Ağ Ev yaxınlığında atışma: Tramp brifinqi tərk etdi

ABŞ prezidenti Donald Trampın mühafizəçiləri səbəbini izah etmədən qəfildən onu mətbuat konfransından uzaqlaşdırıblar.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat Ağ Evin saytında canlı olaraq yayımlanıb.

Tramp mətbuat konfransının başlanğıcında çıxış edərkən təhlükəsizlik xidmətinin əməkdaşı onun qulağına nə isə pıçıldayıb. Bundan sonra prezident mühafizəçilərlə birlikdə binanı tərk edib.