Şəbnəm Tovuzlunun AİLƏSİNDƏ FACİƏ: xalası oğlu...

Avqustun 11-də müğənni Şəbnəm Tovuzlunun xalası oğlu, 22 yaşlı Pünhan Rəhman oğlu Rzayev Gəncə şəhərində intihar edib.
"Sherg.az" Big.az-a istinadla xəbər verir ki, müğənni hazırda Gəncədə olduğunu bildirib: “Xalam oğlunun 22 yaşı vardı. Özümüz də dəqiq bilmirik nədən intihar edib. Dostları ilə arasında mübahisə olub. Hazırda çox pisəm. Sözlərimi necə ifadə edim, bilmirəm. 22 yaşlı ağıllı, tərbiyəli uşaq idi. Allah pis adamlara lənət eləsin".
Qeyd edək ki, hadisə Gəncə şəhərindəki Metallurq stadionunda baş verib. 22 yaşlı Pünhan Rzayev özünü stadiondakı yarımtikilidən asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.