Tramp Rusiya prezidentini G7 sammitinə dəvət etmək istəyir

ABŞ Prezidenti Donald Tramp G7 sammitinə Rusiya Prezidenti Vladimir Putini də dəvət etmək istəyir.
REN TV xəbər verir ki, bunu Ağ Evin başçısı jurnalistlərə açıqlamasında bildirib.
“Mən onu (Vladimir Putini nəzərdə tutur - red.) mütləq görüşə dəvət edərdim. Düşünürəm ki, o, çox vacib amildir. Biz G7-yə daxil olmayan liderləri də dəvət edəcəyik, bəziləri artıq dəvətləri qəbul ediblər”, - deyə D.Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, “Böyük yeddilər”in (G7) sammitini noyabrda keçiriləcək prezident seçkilərindən sonraya saxlamaq daha məqsədəuyğundur.