Serbiyadan Azərbaycanın ərazi bütövlüyünə DƏSTƏK - RƏSMİ

“Azərbaycanla Serbiya hökumətlərinin nümayəndələri arasında keçirilən görüşdə bir-birimizin ərazi bütövlüyünə qarşılıqlı dəstək ifadə olundu”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Serbiya Respublikasının Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bütün münaqişələrin BMT-nin prinsipləri əsasında sülh yolu həlli vacibdir. 
“Düşünürəm ki, bu, münaqişə ilə üzləşən bütün ölkələr üçün vacibdir”, - deyə N.Stefanoviç əlavə edib.