Dünya Bankı COVID-19-la mübarizəyə 160 milyard dollar ayırır

Dünya Bankı (DB) yeni növ koronovirusun nəticələri ilə mübarizəyə 160 milyard dollara qədər vəsait ayırmaq niyyətindədir.
TASS xəbər verir ki, bu barədə DB-nin hesabatında bildirilib.
“Pandemiya əleyhinə cavab tədbirləri çərçivəsində Dünya Bankı 30 iyun 2021-ci ilədək 15 ay ərzində virusla mübarizəyə 160 milyard dollara qədər vəsait ayıracaq”, - beynəlxalq maliyyə qurumunun yaydığı sənəddə qeyd olunub.
Bu günə qədər Dünya Bankı koronavirus epidemiyasına qarşı mübarizəyə 21 milyard dollar vəsait xərcləyib.