Bağlanmış banklarda bloklanmış əmanətlər bu tarixdən qaytarılacaq

Ləğv prosesində olan “Atabank”, “NBCBank” və “AGBank”-da təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması, eləcə də ləğv prosesində olan “ATABank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlərlə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş müraciət əsasında Azərbaycan Nazirlər Kabinetinin sorğusuna əsasən Azərbaycan Konstitusiya Məhkəməsində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilib.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, Konstitusiya Məhkəməsinin qərarına əsasən? ləğv prosesində olan “ATABank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılan və şərtləri dəyişdirilən əmanətlər qorunan əmanət hesab edilib, həmçinin ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanan sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınıb.
Sözügedən əmanətlərin qaytarılmasına avqustun 14-dən başlanılacaq.