Daha bir rayonda toy keçirilməsinin qarşısı alındı

Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Dədə Qorqud kəndində keçirdiyi tədbirlər nəticəsində öz evinin həyətində toy məclisi təşkil etməyə çalışan şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "Sherg.az"a verilən məlumata görə, polis əməkdaşları mərasim keçirilməsini dayandırıb.
Toyun təşkilatçılığını edən 2 nəfər ev sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər və digərlərinə isə ciddi xəbərdarlıqlar olunub.