Beyrutdakı partlayışda ölənlərin sayı 170-i ötdü

Beyrut limanında baş verən partlayış nəticəsində ən azı 171 nəfər həlak olub.
APA-nın "Sky News Arabia" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, ən azı 30 nəfər hələ də itkin düşmüş hesab olunur.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib.