Türkiyədəki zəlzələ Azərbaycanda hiss olundu

Türkiyədə baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasının ərazisində hiss olunub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan  verilən məlumata görə, yerli vaxtla 12.08.2020-ci il tarixində, saat 03:29-da Heydərabad stansiyasından 53 km şimal-qərbdə Türkiyənin İğdır vilayətində zəlzələ qeydə alınıb.
Zəlzələ Naxçıvan Muxtar Respublikasının Sədərək və Heydərabad rayonlarında 3 bala qədər hiss olunub.