Oqtay ilk dəfə Aysellə boşanmalarından danışdı

Xəbər verdiyimiz kimi, bloqer Aysel Şükür həyat yoldaşı Oqtay Əhmədovdan ayrılıb.
Oxu.Az xəbər verir ki, Aysel həyat yoldaşı ilə boşanması barədə dəfələrlə açıqlama versə də, Oqtay bu barədə səssizliyini qoruyub.
O qeyd edib ki, bacardığı qədər də bunu davam etdirəcək:
“Mənim özümə görə səviyyəm var. Səviyyəcə kasıb olan insanların səviyyəsinə enmərəm. Ən azından ailəmə və səhifəmdə olan özünə hörmət edən insanlara xatir bacardığım qədər sakit duracam.
Öz tərbiyəmə sığınıb tərbiyəsizlik etməyəcəm. Hər kəs görə bildiyi qədər görür. Nəyisə araşdırmadan və sübutunu tapmadan artıq-əskik heç nə yazmayın, çox xahiş edirəm”.