Tanınmış müğənni koronavirusdan sağaldı

Rusiyanın tanınmış müğənnisi Filipp Kirkorov koronavirusa yoluxub sağaldığı üçün artıq maskasız gəzdiyini açıqlayıb.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, o, iki həftə özünütəcrid vəziyyətində olub.
“Bəli, olub, ancaq keçdi. Əlamətsiz. İki həftə özünütəcriddə oldum. Testlər mənfi nəticə göstərdi. Yaxınlarım yoluxmayıblar”, - Kirokorov vurğulayıb.
Müğənninin sözlərinə görə, özünü əla hiss edir. Jurnalistlər onun Belarusda iyul ayında
keçirilən “Vitebskdə slavyan bazarı” festivalında COVID-19-a yoluxduğunu ehtimal edirlər. Müənninin daima maska taxmadığı da bildirilir.