Koronavirus bir sutkada 3 ölkədə 2800-dən çox adamı öldürdü

Son sutka ərzində Braziliya, Hindistan və Meksikada yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı açıqlanıb.

APA-nın məlumatına görə, son 24 saatda Braziliyada 1 175, Hindistanda 942, Meksikada isə 737 nəfər pandemiyanın qurbanı olub.