İranın xarici işlər naziri Livana səfər edəcək

İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Livana səfər edəcək.
Bu barədə “Alarabiya” agentliyi məlumat yayıb.
Səfər avqustun 14-də baş tutacaq.
C.Zərifin istefadan sonra Livanın Xarici İşlər Nazirinin vəzifələrini icra edən diplomatla və müvəqqəti hökumətdən olan bir neçə rəsmi nümayəndə ilə görüşü gözlənilir.