Türkiyə klubunda kütləvi yoluxma

Türkiyənin "Menemenspor" klubunün 10 üzvü koronavirusa yoluxub.
"Sherg.az"qol.az-a istinadən xəbər verir ki, TFF 1-ci liqa təmsilçisinin yaydığı açıqlamada bildirilib ki, testi müsbət çıxanlardan 9-u akademiyanın futbolçusu, 1-i isə klubun işçisidir. Yoluxan şəxslər öz evlərində karantinə alınıblar.
Qeyd edək ki, Türkiyənin "Fənərbaxça", "Qalatasatay", "Trabzonspor" və "Ankaragücü" klublarında da koronavirusa yoluxma olub.