Bu obyektlərə gedənlərin NƏZƏRİNƏ: cərimələr tətbiq olunacaq

"Məlum olduğu kimi, artıq növbəti açılmalar baş verir”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
O bildirib ki, iaşə obyektlərində açılmalar müəyyən qaydalar çərçivəsində həyata keçiriləcək: “Müəyyən saat çərçivəsində iaşə obyektlərinin işinə icazə veriləcək. Həmçinin sahibkarların üzərinə vəzifə qoyulur ki, içəri daxil olan müştərinin maskalardan istifadəsinə nəzarət etsin, olmadıqda onu təmin etsin. Həmçinin içəridə olan işçilər də maskadan istifadə etməlidir. Qaydalarda göstərilən tələblərin pozulmasına görə inzibati cərimələr tətbiq olunacaq. Müəyyən fəaliyyət sahələri var ki, onların fəaliyyətinə ümumiyyətlə icazə verilmir. Qadağan olunmuş fəaliyyət həyata keçirən təsərrüfat subyektlərinə qarşı qanunla müəyyən olunmuş cəzalar həyata keçiriləcək. Sahibkarlardan qeyd olunan tələblərə əməl olunmasını xahiş edirik”.